Azərbaycanın qeyri-bank kredit sektorunun aparıcı təşkilatlarından olan «REGİONAL» Bank Olmayan Kredit Təşkilatı (BOKT) son günlər qurumun adından yayılan saxta elanlarla bağlı açıqlama yayıb.
"REGİONAL" BOKT-un kapitalı - 2 DƏFƏDƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, açıqlamada deyilir:
Son günlər «REGİONAL» Bank Olmayan Kredit Təşkilatı (BOKT) adından fiziki şəxslərə saxta profillərdən müxtəlif təkliflər göndərilir.
«REGİONAL» BOKT olaraq vətəndaşları ayıq olmağa və fırıldaqçıların bu cür təkliflərinə inanmamağa çağırırıq. Dələduzluq hadisələrindən qorunmaq üçün yalnız «REGİONAL» BOKT MMC-nin rəsmi səhifələrindən və telefon nömrələrindən əldə olunmuş məlumatlardan faydalanmaq tövsiyyə olunur».