«Regional» BOKT MMC 2019-u ilin nəticələrni açıqlayıb.
Eləcə də bax: “İcraçı Kredit Agentliyi” BOKT-nun vəziyyəti məlum oldu - HESABAT
Fed.az maliyyə qurumunun açıqladığı hesabata istinadən xəbər verir ki, ötən il bokt-un faiz gəlirləri 12,8 min manat, digər əməliyyat gəlirləri 8,9 min manat olub. Ötən illə müqayisədə faiz gəlirləri 34,4%, digər əməliyyat gəlirləri isə 56 dəfə artaraq ötənilki 160 manatdan 8900 manata yüksəlib.
BOKT-un digər əməliyyat xərcləri isə ötən il 36,8 min manat təşkil edib. 2018-ci ilin yekunu ilə müqayisədə bu göstərici 2,2 dəfə azalıb.
Nəticədə BOKT ili 15 min manat zərər və xalis zərərlə başa vurub. Bu bir il əvvəllə müqayisədə 4,1 dəfə aşağıdır.
Hesabata əsasən, 2019-cu ilin nəticələrinə görə, «Regional» BOKT-un cəmi aktivləri əvvəlki illə müqayisədə 76 milyon manat və ya 30,6% artaraq 324,9 milyon manata çatıb.
Artımın səbəbi müştərilərə verilən kreditlərin 12 dəfə artaraq 177,8 min manat çatmasıdır.
Bu dövrdə BOKT banklardakı depozitlərini geri çəkərək onları kredit kimi yerləşdirib.
Şirkətin kapitalı isə 15 min manat azalaran 248 min manatdan 233 min manata enib.
Ümumiyyətlə, BOKT-un nizamnamə kapitalı 300 min manat idi, amma indiyədək etdiyi zərərlər kapitalın 52 min manatını «yeyib».
Bu müddət ərzində «Regional» BOKT-un 91 milyon manatlıq öhəlkləri yaranıb.