"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı 2023-cü ilin audit hesabatını açıqlayıb.
FED.az şxəbər verir ki. BOKT ötən ili 1 milyon 265 min manat xalis mənfəət ilə başa vurub. Kredi təşkilatı
2022-ci ili 1 milyon 537 min manat xalis mənfəət ilə bağlamışdı.
. Beləliklə, "TBC Kredit"in xalis mənfəəti 2022-ci illə müqayisədə 272 min manat və ya 17,7% azalıb.
BOKT-un faiz gəlirləri 4 milyon 405 min manat, xərcləri 844 min manat təşkilı edib. Gəlirlər illik müqayisədə 618 min manat (16,3%) artsa da, xərclər 8 min manat (0,9%) azalıb.
Əməliyyat gəlirləri 601 min manat (20,7%) artaraq 3 milyon 507 min manata yüksəlib.
Ötən il "TBC Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyon 276 min manat və ya 12,2% artaraq 11 milyon 718 min manata çatıb.
BOKT ötən il 20 milyon 522 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 3 milyon 226 min manat (18,7%) artıb.
Öhdəliklər isə1 milyon 961 min manat və ya 28,7% artaraq 8 milyon 793 min manata yüksəlib.
Balans kapital 11 milyon 729 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 265 min manat və ya 12,1% çoxdur.