"Regional" BOKT) milyon manat dəyərində istiqraz buraxır.
FED.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 16 faiz təşkil edir.
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 təqvim günündən bir ödənilir. Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə faiz ödənişi növbəti ilk iş günü ödənilir.
İstiqrazların tədavül müddəti 2 ildir (1 il 360 gün hesab edilməklə). İstiqraz sahiblərinə istiqrazlar üzrə əsas məbləğin ödənişi tədavül müddətinin sonunda - ilk istiqrazın yerləşdirildiyi tarixdən 2 təqvim ili sonra həyata keçiriləcək.
Anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC -dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.
İstiqrazların buraxılmasının əsas məqsədi kredit portfelinin artırılması yolu ilə mənfəət qazanmaqdan ibarətdir. Emissiyadan əldə ediləcək vəsait cəmiyyətin gələcək fəaliyyətinin dəstəklənməsi, kredit portfelinin genişləndirilməsi, cəmiyyətin dayanıqlı müştəri bazasının qurulub saxlanılması, o cümlədən cəmiyyətdə iqtisadi inkişafa nail olmaq və həmçinin kapital bazarlarında investisiya imkanlarının artmasına və investorların cəlb olunmasına töhfə verəcəkdir. Cəmiyyət əlavə də, bu emissiya ilə bazarda cəmiyyətin borclana bildiyi müqayisəvi dərəcəni (benchmark) müəyyənləşdirmək niyyətindədir.
Xatırladaq ki, "Regional" BOKT 2014-cü ildə yaradılıb. 500 min manat nizamnamə kapitalına malikdir. BOKT-un təsisçiləri hər biri 33,3 % payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır.