"Kəpəz" BOKT 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az BOKT-nın illik hesabatına istinadən xəbər verir ki, təşkilat ötən ili 1 milyon 778 min manat xalis mənfəətlə tamamlayıb.
Məlumata əsasən təşkilatın xalis mənfəətin 549 min manat və ya 44,7% artıb.
Qeyd edək ki, BOKT 1 milyon 229 min manat xalis mənfəətlə başa vurmuşdu.
Kredit təşkilatının mənfəət vergisi ödəmələri 151 min manat (49,1%) artaraq 458,4 min manata bərabər olub.
"Kəpəz" BOKT 2024-cü il üzrə 3 milyon 425 min manat faiz gəliri əldə edib. Gəlirlər 2023-cü il üzrə müqayisədə 687 min manat, başqa sözlə 25,1% artıb.
Faiz xərcləri təxminən 874 min manata bərabər olub, ki, bu da illik müqayisədə 23 min manat (2,7%) artım deməkdir.
Hesabat dövründə kredit təşkilatının qeyri-faiz gəlirləri 176 min manat (12,7%) artaraq 1 milyon 567 min manata, qeyri-faiz xərcləri 368 min manat (36%) artaraq 1 milyon 389 min manata yüksəlib.
Qeyri-faiz xərcləri içərisində əmək haqqı və digər kompensasiya xərclərinin payı 482,3 min manata bərabər olub. Bu da illik 79,9 min manat (19,9%) artım deməkdir.
Əməliyyat mənfəətində 471 min manat (20,9%) artım baş verib və 2 milyon 728 min manata yüksəlib.
"Kəpəz" BOKT ötən il 11 milyon 951 min manat cəmi aktivlərə malik olub. Bu illik müqayisədə 2 milyon 328 min manat (24,2%) çoxdur.
Kredit portfeli də 1 milyon 587 min manat (15,7%) artaraq 11 milyon 689 min manata yüksəlib.