Ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatı (BOKT) kreditorlarına müraciət edib.
Azərbaycanda BOKT ləğv olunur - SƏHMDARLARI BİR ARAYA GƏLİR
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat verib.
Məlumata görə, müraciətdə deyilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 36, mənzil 3 ünvanına bildirə bilərlər.
"Finoko" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,355 milyon manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).
Azərbaycan Mərkəzi Bank "Finoko"un lisenziyasını bu il sentyabrın 1-də ləğv edib.












