"Caspian Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 5 milyon manat və yaxud 2 dəfə azaldaraq 10 milyon manatdan 5 milyon manata endirdiyini elan edib.
“M Bulak” BOKT-un xalis mənfəətində - 2 MİLYON MANATDAN ÇOX AZALMA - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində bildirilir.
Məlumata görə, bu, Cəmiyyətin balansından sözügedən dəyərdə daşınmaz əmlakın çıxarılması hesabına baş tutacaq.
Xatırladaq ki, "Caspian Finance" 2022-ci ildə yaradılıb. BOKT-un təsisçiləri 90 % payla Bənövşə Məmmədova, hər biri 5 % payla Məntiq Şahbazov və Ziyafət İsgəndərovadır. (Report)













