“Aqrarkredit” QSC BOKT balansındakı qızılların satışa çıxarılmasını elan edir.
FED.az xəbər verir ki, satılacaq əmlaklar qızıl-ziynət əşyalarıdır. Lakin BOKT satışa çıxarılacaq qızıl əşyalarının miqdarını açıqlamayıb.
Əlaqələndirici şəxs olan Şahin Seyidov FED.az-a açıqlamasında qeyd edib ki, qızıllar paketdə seyfdə saxlanılır. Qızılların satışa çıxarılması digər əmlakların hərraca çıxarılması kimi deyil. Qızıl satışa çıxarılacaq gün qiyməti nə olacaqsa ona uyğun da müsabiqəyə çıxarılacaq. Digər əmlaklarda isə öncə qiymətləndirici şirkətlər tərəfimizdən dəvət olunur, əmlakın qiymətini müəyyən edir. Daha sonra satışa çıxarılır.
Alqı-satqıda iştirak etmək istəyən şəxslər ən geci satış gününə bir gün qalmış “Aqrarkredit” QSC-nin baş ofisinə ərizə ilə müraciət edə bilərlər. O zaman qızılın qiymətləndirilməsi də qiymətləndirci tərəfindən aparılır, qızılın çəkisi və əyyarı müəyyən edilir.
Şahin Seyidov qeyd edib ki, biz qızılın miqdarı barəsində məlumatları bilmirik. Satışa çıxarılacaq qızıllar paketin içərisində olur və bizim paketi açmağa ixtiyarımız yoxdur. Paket yalnız müsabiqə günündə açıla bilər. Bundan əvvəldə biz belə bir müsabiqəni yanvarın 10-da keçirmişik.
Qızıl-ziynət əşyalarını əldə etmək istəyən şəxslər 18 fevral 2025-ci il saat 14.00-da “Aqrarkredit” QSC-nin baş ofisi - Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda yerləşən ofisində qızıl-ziynət əşyalarının çeşidi və onların satış qiymətləri ilə tanış olmaq olar
Elana görə eyni əşyaya iki və daha çox təklif irəli sürülərsə, əşya daha çox qiymət təklif edən şəxsə satılacaqdır.