“PSG Finans” Bank Olmayan Kredit Təşkilatı nizamnamə kapitalını artırıb.
Eləcə də bax: "Kredit Servis" BOKT nizamnamə - Kapitalını Azaldıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, BOKT-un payçıları kapitalından 2 milyon 550 min manat, yaxud 60 faiz artırıb.
Beləliklə, “PSG Finance” BOKT-un nizamnamə kapitalı 6 milyon 800 min manata yüksəlib.
“PSG Finans” bank olmayan kredit təşkilatı MMC 2019-cu il üzrə 808 min manat xalis mənfəət əldə edib. Bu mənfəətdən sonra BOKT-un illərdən yığılmış zərəri 1 yanvar 2020-ci il tarixinə 188 min manata düşmüşdü. BOKT-un aktivlərinin həcmi 2019-cu il ərzində 3 milyon 104 min manatdan 11 milyon 95 min manata qədər yüksəlmişdi.
Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. BOKT “PSG” Şirkətlər Qrupuna daxildir. Bu holdinqdə “PSG-Kapital İnvestisiya Şirkəti” QSC də təmsil olunur.