“Premier Kredit BOKT” MMC 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, kredit təşkilatı ötən ili 28,3 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə isə 50,9 min manat mənfəət əldə etmişdi.
BOKT ötən il 7,1 min manat mənfəət vergisi ödəyib. “Premier Kredit BOKT” MMC nin faiz gəlirləri 332 min manat, xərcləri 160 min manat, xalis faiz gəlirləri 172 min manat təşkil edib.
İllik müqayisədə faiz gəlirləri 114 min manat (52,3%), xərcləri 5 min manat (3,2%), xalis faiz gəlirləri 108 min manat (2,7 dəfə) artıb.
Bundan başqa kredit təşkilatının inzibati və əməliyyat xərcləri 106 min manat, digər xərcləri 39,2 min manat, haqq və komissiya xərcləri 4 min manata, gəlirləri 12,7 min manata bərabər olub.
Kredit təşkilatının inzibati və əməliyyat xərcləri 44,3 min manat (71,9%), haqq və komissiya xərcləri 2,5 min manatadək (2,78 dəfə%) artıb, gəlirləri 5,1 min manat (28,7%) azalıb, digər xərcləri də 52,2 min manat (2,3 dəfə) aşağı düşüb.
“Premier Kredit BOKT” MMC ötən il 2 milyon 361 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 899 min manat və ya 61,5% artıb.
Təşkilatın kredit portfeli 820 min manat 62,1% böyüyərək 2 milyon 140 min manata çatıb.
BOKT-un öhdəlikləri isə 852 min manat və ya 73,4% artaraq 2 milyon 19 min manata yüksəlib.
Balans kapitalı 348 min manata bərabər olub ki, bu da illik müqayisədə 47 min manat və ya 16% artım deməkdir.