“Premier Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 5 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 198 min manat zərərlə çıxmışdı.
Eləcə də bax: “Azmikroinvest” BOKT-un nizamnamə kapitalı - 13% Artırılıb
FED.az xəbər verir ki, ötən il “Premier Kredit”in vergiyəqədərki mənfəəti 6 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 1 min manat (əvəvlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Premier Kredit”in aktivləri 1,464 milyon manat olub ki, bu da illik müqayisədə 23,5% azdır. Bunun 1,258 milyon manatı müştərilərə verilmiş xalis kreditdir. 2020-ci ildə BOKT-un kredit portfeli 27,3% kiçilib.
Hesabat dövründə “Premier Kredit”in öhdəlikləri 26,6% azalaraq 1,256 milyon manata düşüb, balans kapitalı isə 3% artaraq 209 milyon manata çatıb. (Renkinq)