Para BOKT
Gəncə filialına problemli kreditlər üzrə mütəxəssis
Peşəkar tələblər:
o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Kredit prosesinin təşkili üzrə bacarıqlara malik olması;
o Kreditlərin idarəolunmasıda sahəsində minimum bir illik təcrübəyə malik olması;
o Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
Vəzifə öhdəlikləri:
• Problemli kreditlərlə bağlı kredit mütəxəssislərinə verilmiş tapşırıqların icrasına nəzarət etmək;
• Ödənişləri gecikdirən borclulara və həmin kreditlər üzrə ipoteka qoyanlara kuratoru olduğu Müştəri Xidməti Strukturları tərəfindən prosedurlarla müəyyən edilmiş müddət və qaydada xəbərdarlıq məktublarının göndərilməsini təmin etmək;
• MXD və filiallar üzrə problemli kredit portfelinin təhlilinin aparılması, gecikdirilmiş və vaxtı keçmiş kreditlərlə görüləcək tədbirlərdə iştirak, onların icra vəziyyətinə nəzarət və nəticəsi barədə hesabatın şöbə müdirinə təqdim olunması;
• Problemli kreditlərlə əlaqədar sənədlərin məhkəməyə hazırlanması işinin filiallar tərəfindən icrasını izləmək və bu işə hərtərəfli kömək etmək;
• Ödənişlərini gecikdirən borcluların zəruri sənədlərinin bankdaxili prosedurlarla müəyyən edilmiş müddət və qaydada kuratoru olduğu filial tərəfindən Hüquq Departamentinə təqdim olunmasını təmin etmək, çatışmayan sənədlərin hazırlanmasını filiallardan tələb etmək;
• Aid olduğu şöbənin işinin qurulması, fəaliyyət istiqamətinin müəyyən olunması və görülən işlərin nəticə etibarı ilə qiymətləndirilməsi məqsədilə şöbə müdirinə müvafiq hesabatların təqdim edilməsi;
• Şöbəyə daxil olan məktubların operativ icrasının təmin etmək;
• İdarə Heyətinin, Problemli kreditlər Komitəsinin, departament direktorunun, şöbə müdirinin problemli kreditərlə bağlı əlavə tapşırıqların icrası;
CV-ləri Gəncə filialına problemli kreditlər üzrə mütəxəssis mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.