“Optimal Elektroniks”ə yaxın olan “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbərliyi dəyişib.
BOKT “Falcon Finance”ın sədri dəyişdi - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Optimal Finance BOKT”nin səhmdarlarının qərarı ilə Əliyev Laçın Şükür oğlu yeni direktoru təyin edilib.
Buna qədər bu vəzifədə İmam Qədimquliyev Eyyub oğlu idi.
Xatırladaq ki, “Optimal Finance BOKT” 2020-ci ildə dövlət qeydiyyatına alınıb və həmin il Mərkəzi Bankdan lisenziya əldə edib. Şirkətin 1 milyon manat nizamnamə kapitalı var. Bunun da 100%-i Elçin Əsgərli adlı fiziki şəxsə məxsusdur. E.Əsgərli həmçinin Müşahidə Şurasına sədrlik edir.