“Nas Project” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 300 min manat və yaxud 2 dəfə artıraraq 300 min manatdan 600 min manata çatdırmağı planlaşdırır.
Eləcə də bax: Azərbaycanda BOKT-ların nizamnamə kapitalına görə - RENKİNQİ
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 3 min ədəd yeni səhm buraxılacaq.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək və onları BOKT-un yeganə səhmdarı Məhəmməd Quliyev əldə edəcək.