Azərbaycanda fəaliyyət göstərən BOKT «Viator Mikro Kredit Azərbaycan» MMC fəaliyyəti üçün kreditləri «Paşa Bank»dan alır.
"Viator Mikro Kredit Azərbaycan"ın istiqrazlarına 9 investordan 9 sifariş
FED.az Cəmiyyətin 2023-cü ilin yekunlarına həsr olunan hesabatına əsasən xəbər verir ki, ötən il BOKT «Viator Mikro Kredit Azərbaycan» «Paşa Bank» ASC ilə 25 aprel 2023-cü il və 15 dekabr 2023-cü il tarixlərində iki kredit müqaviləsi bağlayıb. Bu müqavilələrə görə, «Paşa Bank» ASC «Viator»a 700 min AZN və 500 min AZN məbləğində iki kredit verib. Kreditlər 13% illik faiz dərəcəsinə malikdir və müvafiq olaraq, 11 dekabr 2023-cü il və 13 iyun 2024- cü il tarixlərinədək ödənilməlidir. Kreditlərdən biri - 700 000 AZN məbləğində olan kredit 2023-cü ildə tam şəkildə geri ödənilib.
Bundan sonra «Viator» BOKT yenidən «Paşa Bank» ASC ilə 13 iyun 2023-cü il, 29 avqust 2023-cü il və 21 noyabr 2023-cü il tarixlərində üç kredit müqaviləsi bağlayıb.
Bu müqavilələrə görə, «Paşa Bank» «Viator» BOKT-a, müvafiq olaraq, 866 min AZN, 1 milyon 500 min manat və 1 milyon manat məbləğində üç kredit verib.
Kreditlər 13% illik faiz dərəcəsinə malikdir və müvafiq olaraq, 13 dekabr 2024-cü il, 28 fevral 2025-ci ilə 21 may 2025-ci il tarixlərinədək ödənilməlidir.
Qeyd edək ki, «Viator» BOKT-un özü bu vəsaitləri minimum 22% dərəcəsi ilə kreditə ayırır.