Azərbaycan Mərkəzi Bankı “Delta Capital” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.
Bu barədə FED.az Mərkəzi Banka istinadən xəbər verir.
Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 16-1.1-ci maddəsinin, habelə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.4, 4.5, 4.7, 4.14, 6.1, 6.5-ci bəndlərinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 430.3 və 439-1-ci maddələrinə müvafiq olaraq, "Delta Capital" MMC-nin vəzifəli şəxsi 2 886 (iki min səkkiz yüz səksən altı) manat məbləğində cərimə edilib.