"Biznes kreditləri portfelinin genişləndirilməsi BOKT-ləri banklar və investorlar üçün daha cəlbedici edə bilər".
"BOKT-ların istehlak kreditləri üzrə - Tələblər sərtləşdirilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarına nəzarət departamentinin direktoru Xəyyam İsmayılov Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında deyib.
Onun sözlərinə görə, Mərkəzi Bankın əsas istiqamətlərindən biri də istehlakçıların hüquqlarının qorunması və izafi borclanmanın qarşısının alınmasıdır:
"Maliyyə inklüzivliyi dedikdə, maliyyə xidmətlərinin əlçatanlığının yüksək səviyyədə olmasını nəzərdə tuturuq. Bununla yanaşı, müştərilərin izafi borclanması da mütləq diqqətdə saxlanılmalıdır.
Son dövrlərdə normativ sənədlərə etdiyimiz dəyişikliklərin əsas məqsədlərindən biri də məhz budur.
Bu çərçivədə müəyyən məhsullar üzrə faizlərə və xərclərə məhdudiyyətlərin tətbiqi, eləcə də özünə məhdudiyyət qoyulması və vəsaitlərin köçürülməsi ilə bağlı son ayda qüvvəyə minən tələblər nəzərdə tutulur. Məqsəd müştərilərin həddindən artıq borclanmasının qarşısını almaq, həmçinin rəqəmsal həllərdən qaynaqlana biləcək risklərdən qorunmasını təmin etməkdir.
"Biz görürük ki, bank olmayan kredit təşkilatları rəqəmsallaşma sahəsində kifayət qədər yaxşı nəticələr əldə edir və öz məhsullarını təqdim edirlər. Hətta bəzi hallarda bu məhsullar banklar üçün də nümunə olur", - deyə o, əlavə edib.














