Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "MCB" QSC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Eləcə də bax: İki şəxsə məxsus BOKT-un nizamnamə kapitalı - 67% ARTIRILDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-ə çatıb.
Xatırladaq ki, "MCB" 2009-cu ilin oktyabr ayında lizinq şirkəti kimi yaradılıb, 2019-cu ilin aprel ayında isə BOKT-a çevrilib. Onun nizamnamə kapitalı 4 283 675 manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.