Azərbaycanda Bank olmayan kredit təşkilatlarına (BOKT) nəzarət gücləndirilir.
Avtomobillər və əmlaklara həbs ilə bağlı – «FİNOKO» SƏDRİNDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, bu sahədə əsas addımlardan biri BOKT-ların auditinin – onların illik hesabatlarının hazırlanması prosesinin nəzarətə götürülməsi olub.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank olmayan kredit təşkilatlarında kənar auditin aparılmasına dair minimum Tələblər”i təsdiqləyib. Yeni qərar Azərbaycanda BOKT-ların maliyyə vəziyyətinə nəzarəti qat-qat gücləndirəcək.
Bu sahədə əsas yenilik sözügedən qaydanın özünün qəbuludur. AMB İdarə heyətinin qərarı ilə qəbul edilmiş bu qərar indiyədək faktiki olaraq tənzimlənməyən audit prosesini tənzimləyir.
Bundan başqa, yeni qaydalar faktiki olaraq audit hesabatının yeni strkuturunu müəyyən edir. Belə ki, auditorların audit zamanı diqqət yetirməli olduğu məqamları, yoxlama prosesini dəqiqləşdirir.
Eyni zamanda mümkün saxtakarlıq və sair mənfi halların qarşısını almaq məqsədilə BOKT t ərəfindən auditorların seçimi prosesi də nəzarətə ni və neqativ halların qarşısını almaq üçün tədbirləri nəzərdə tutur. Bunlan başqa, auditorların üzərinə Mərkəzi Bankı məlumatlandırmaq öhdəliyi qoyulur.
BOKT-lar auditoru yeni qayda ilə seçəcəklər
Yeni qaydalara əsasən kənar auditorun seçmi ilə bağlı sərt tələblər qoyulub. BOKT akditor seçəndə ilk növbədə onun keçmiş fəaliyyəti, peşəkar keyfiyyətləri, təcrübəsi və işgüzar nüfuzu, habelə bəzi tələbləri nəzərə almalıdır. Auditor ilk növbədə Auditorlar Palatasının müəyyən etdiyi tələblərə cavab verməli, müstəqil olmalı, o cümlədən onun BOKT-la hər hansı əlaqəsi, o cümlədən işgüzar münasibəti olmamalıdır.
Yeni qaydaya əsasən kənar auditorun özü və ya onun yoxlamada iştirak edəcək əməkdaşları son 3 ildə həmin BOKT-da çalışmamalıdır. Eyni zamanda bir auditorun bir BOKT-u ardıcıl 5 il dən artıq müddətdə yoxlaması qadağan edilir.
Qaydaya görə, BOKT hər il dekabr ayının 15-dək seçdiyi auditor barədə yazılı məlumatı Mərkəzi Banka təqdim etməlidir.
Audiit hesabatı necə yazılmalıdır?
Qaydalara görə, audit hesabatı hazırananda burada auditor rəyi; maliyyə vəziyyəti haqqında (balans) hesabat; mənfəət və zərər hesabatı; kapitalda dəyişikliklər haqqında hesabat; pul vəsaitlərinin hərəkəti haqqında hesabat; maliyyə hesabatlarına dair qeydlər olmalıdır.
Auditor hesabata BOKT-nin maliyyə hesabatlarına təsir göstərməyən, lakin BOKT-nin fəaliyyəti üzrə mühüm əhəmiyyətə malik olan digər məsələlər (məsələn, prudensial göstəricilər, idarəetmə və daxili nəzarət sistemləri və s.) barədə məlumat da əlavə edə bilərlər.
BOKT rəhbərliyi üçün əlavə hesabat yazılmalıdır
Qaydada deyilir ki, audit prosesi başa çatdıqdan sonra auditor BOKT-nin icra orqanı, Audit Komitəsi və Müşahidə Şurasına (Himayəçilik Şurası) əlavə hesabat təqdim edir. Həmin hesabatda BOKT-la bağlı əsas risklər, qeyri-adi faktlar, daxili nəzarətin və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər, həmçinin əvvəlki tövsiyələrdəki (olduqda) dəyişikliklər və görülmüş tədbirlər barədə məlumat olmalıdır.
Pozuntu haqqında Dərhal Mərkəzi Banka məlumat verməlidir
Qaydalara əsasən, kənar auditor, yoxlama zamanı BOKT-nin kreditorlarının maraqlarını mühüm təhlükə altına alan və ya BOKT-nin kapitalının mövcud qanunvericiliklə tələb olunan minimum həddən aşağı düşməsinə səbəb olan aşkar edilmiş hər hansı pozuntular, itkilər və ya qanunazidd olan fəaliyyət görərsə, bu barədə dərhal Mərkəzi Banka məlumat verməlidir.
Əgər audit prosesi bu Tələblərə uyğun aparılmadıqda Mərkəzi Bank auditorun dəyişdirilməsini, habelə BOKT-nin özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edir.









