“Fintrend Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbərliyində bir sıra dəyişiklər baş tutub.
Eləcə də bax: “Optimal Finance” BOKT-un rəhbəri dəyişdi – TƏYİNAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Fintrend BOKT”un direktoru Rüfət Cəfərov Rahib oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Sevinc Qəmbərova Azər qızı əvəzləyib.
R.Cəfərov bu vəzifəyə 2022-ci ilin martında təyin edilmişdi.
Daxili Audit Xidmətinin rəhbəri Tural Hacıyev Tofiq oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Əhməd Musayev Adil oğlu əvəzləyib.
BOKT-un baş mühasibi olan Allahverdiyeva Nərgiz Zöhrab qızı isə vəzifəsindən ayrılıb, onu hələki kimsə əvəz etmir.
“FinTrend BOKT”un 400 min manat nizamnamə kapitalı var. BOKT-un səhmdarları Erkin Əsədov, Nərmin Hüseynzadə və Kənan Salayev adlı şəxslərdir.