Azərbaycanın tanınmış qeyri-bank kredit təşkilitlarından olan «Kredaqro» BOKT MMC ardıcıl iki illik zərərdən sonra 2022-ci ilin yekununda mənfəət açıqlayıb.
2 sahibi var, 2 il zərərdən sonra mənfəətə çıxıb – 700 MİN MANAT BORC ALIR
FED.az kreit təşkilatının maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin faiz gəlirləri 2021-ci illə müqayisədə 75 min manat və ya təqribən 7% azalaraq 1 milyon 110 min manat olub – ötən il 1 milyon 184 min manat idi.
Maraqlıdır ki, ötən il şirkətin kredit portfeli təqribən 1 milyon manat artsa da, faiz gəlirlərinin azalması davam edib. Şirkət bütün maliyyə göstəricilərini açıqlamadığına görə, bu hal ya kredit portfelinin ilin sonunda artmasının, ya da bir hissəsinin işlək olmiamasının nəticəsi ola bilər.
Əvəzində «Kredaqro»nun faiz xərcləri təqribən 3 dəfə azalaraq 248 min manatdan 78 min manata enib. Bu şirkətin öhdəliklərinin, o cümlədən Mərkəzi Bankdan aldığı borcun qaytarılması ilə bağlıdır.
Nəticədə BOKT-un xalis faiz gəliri ötənilki 936 min manatdan 2022-ci ildə 1 milyon 32 min manata yüksəlib.
Gözlənilən kredit zərərləri üzrə ehtiyatlardan ayırmalar (729 min manat) da dövriyyəyə qayıdıb və gəlir 1 milyon 760 min manatı keçib.
Daha 200 min manatlıq geri dönüş xidmət haqqı və komissiya gəlirlərində baş verib – ötənil bu maddə üzrə 73 min manatlıq xərci 2022-də 135 min manatlıq gəlir əvəz edib.
2022-ci ildə «Kredaqro» ixtisarlar və sərt qənaət rejiminə keçib.
Belə ki, 2022-ci ildə «Kredaqro»nun həm əməkdaşlarının, həm də filiallarının sayı azalıb. Bunu FED.az-a şirkətdən də təsdiqləsələr də dəqiq sayı açıqlanmayıb.
Nəticə olaraq əmək haqqı xərcləri 1 milyon 170 min manatdan 1 milyon 133 min manata enib. İnzibati xərclər isə düz iki dəfə azalaraq 1,4 milyondan 715 min manata düşüb.
Nəticədə BOKT-un xalis qeyri-faiz gəlirləri yenə də mənfidə qalıb – 2 milyon 176 min manat.
Beləlikdə şirkət 2022-ci ili 415 min manat vergidən əvvəlki zərərlə başa vurub, yalnız mənfətə vergisindəki artıq ödəmələr (699 min maat) şirkəti mənfəətə – 284 min manat.
Bu son 3 ildə «Kredaqro»nun ilk mənfətidir.
Xatırladaq ki, BOKT 2020-ci ildə 1 milyon 416 min manat, 2021-ci ildə isə 1 milyon 439 min manat zərər edib.
2022-ci ildə BOKT-un aktivləri də bir qədər artaraq 7,6 milyon manatdan 8,8 milyon manat yüksəlib, amma 2020-ci ildəki 11,3 milyona çatmağa çox var.
2022-ci ildə «Kredaqo» əmlak və avadanlıqlarının yarısını satıb – 1,1 milyon manatdan 600 min manata düşüb.
Eyni zamanda BOKT başqa maliyyə qurumlarında depozit saxlamaq adətini bərpa edib – 446 min manat.
Ardıcıl 2 il zərərlə işləməsinə baxmayaraq «Kredaqro»nun kapital mövqeyi olduqca möhkəmdir, təsisçilərin 452 min manat nizamnamə kapitalı ilə yanaşı, burada 1,6 milyon manatlıq kapital ehtiyatı, üstəlik,2,9 milyon manat bölüşdürülməmiş mənfət var.
2022-c ildəki mənfətin hesabına şirkətin cəmi kapitalı təqribən 300 min manat artaraq 4,9 milyon manata yaxınlaşıb. Bu 2020-ci ildən 1 milyon manat azdır.
Əvəzində BOKT-un öhdəlikləri də artıb, bu da təbbidir – 2022-ci ildə «Kredaqro» 1 milyon manata yaxın istiqraz buraxıb, eləcə də əlaqəli tərəflərdən, yəni təsisçilərindən daha 510 min manat borc alıb.
Nəticədə öhdəlikləri 1 milyon manat artaraq 2,9 milyon manatjan 3,9 milyon manata yüksəlib.