“İnternational BOKT” ASC kollektivi tərəfindən Mərkəzi Qan Bankında qanvermə aksiyası təşkil olunub.
BOKT "İnternational" 2024-cü ili mənfəətlə başa vurub! - MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
FED.az xəbər verir ki, "Qan ver, həyat xilas et!" devizi altında keçirilən aksiyanın məqsədi ehtiyacı olan insanlara dəstək olmaq və həyat qurtarmaq üçün vacib olan qan ehtiyatlarının artırılmasına töhfə verməkdir.
Qanvermə təşəbbüsü ilə bağlı məlumat verən kollektiv üzvləri, bu kiçik addımın bir cana ümid, bir ailəyə sevinc gətirdiyini vurğulayıblar. Belə aksiyalar həm insanlara kömək etmək, həm də cəmiyyətin birliyini gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, qanvermə aksiyaları sağlam insanları cəmiyyətə faydalı olmağa dəvət edən, həyati əhəmiyyətə malik sosial layihələrdəndir. Kiçik bir addım - böyük həyat dəyişimi yaratmaq gücündədir.