Ölkənin aparıcı bank olmayan kredit təşkilatlarından olan “İnkişaf üçün Maliyyə” BOKT 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il BOKT-un aktivləri və kredit portfeli sürətlə artıb, gəlirləri və mənfəəti isə yuksəlib.
2022-ci ildə “İnkişaf üçün Maliyyə” BOKT-un faiz gəlirləri əvvəlki illə müqayisədə təqribən yarım milyon manat və ya 25% artaraq 2,4 milyon manat olub.
BOKT-un faiz xərcləri isə əksinə, azalaraq 244 min manatdan 192 min manat enib.
2022-ci ildə “İnkişaf üçün Maliyyə” BOKT-un əvvəllər mümkün zərərlər üçün ayırdığı 1 milyon 128 min maat da qaytarılardan sonra xalis faiz gəlirləri 3 milyon 332 min manat olub. Bu – ötənilki göstəricidən 50% artıqdır.
2022-ci ildə “İnkişaf üçün Maliyyə” BOKT ümumi və inzibati xərclərə 1 milyon 949 min manat (100 min manat artım), haqqı və komissiya xərcləri isə 224 min manat sərf edib (100 min manat artıq).
Nəticədə “İnkişaf üçün Maliyyə” BOKT-un vergidən əvvəlki mənfəəti 936 min manat, yaxud 5,2 dəfə artaraq 1 milyon 159 min manata bərabər olub.
Bundan 89 min manat mənfəət vergisi ödəniləndən sonra BOKT-un illik xalis mənfəəti 1 milyon 69 min manat təşkil edib. Bu 2021-ci illə müqayisədə 826 min manat, yəni 4,4 dəfə çoxdur. Xatırladaq ki, “İnkişaf üçün Maliyyə” BOKT 2021-ci ili 244 min manat xalis mənfəətlə bağlamışdı.
2022-ci ildə “İnkişaf üçün Maliyyə” BOKT böyüməkdə davam edib, şirkətinin aktivləri 1 milyon 763 min manat yaxud 20,3% artaraq 9 milyon 424 manata yüksəlib.
Aktivlərin 8 milyon 828 min manatını nağd kreditlər təşkil edir. Ötən il kredit portfeli 1,9 milyon manat və ya 28% artıb. Şirkətin öhdəlikləri isə 694 min manata yaxın, yəni 31,5% çoxalaraq 2 milyon 893 min manata çatıb.
Öhdəliklərin 1 milyon manatı “İnkişaf üçün Maliyyə” BOKT-un ötən il buraxdığı istiqrazların payına düşür.
Müddətli borc ödhəlikləri isə 557 min manat azalaraq 1,12 milyon manata düşüb
2022-ci ildə “İnkişaf üçün Maliyyə” BOKT-un kapitalı 1 milyon 70 min manata yaxın və ya 19,6% artaraq təxminən 6 milyon 531 min manata yaxın yüksəlib. Şirkətin nizamnamə kapitalı dəyişməyərək 300 min manat, əlavə kapital isə dəyişməyərək 452 min manata yaxın olub.
Bölüşdürülməmiş mənfəəti 1 milyon manat artaraq 2021-ci ildəki 4,7 milyon manatdan 5,78 milyon manata yüksəlib.
Xatırladaq ki, “İnkişaf üçün Maliyyə” BOKT-un səhmdarı xarici təşkilat – «Oksfam» beynəlxalq humanitar təşkilatdır.