2019-cu ilin 1-ci rübü ərzində 8 bank olmayan kredit təşkilatı fəaliyyətini dayandırıb.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Paltasının statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin sonunda bank olmayan kredit təşkilatlatının sayı 104 ikən, 31 Mart 2019-cu il tarixində 96 olub.
O cümlədən, cari ilin ilk 3 ayı ərzində kredit ittifaqlarınnı sayı 57-dən 52-yə düşüb.
31 Mart 2018-ci il tarixində bank olmayan kredit təşkilatlarının sayı 117, kredit ittifaqlarının sayı 70 idi. 12 ay ərzində 21 bank olmayan kredit təşkilatı fəaliyyətini dayandırıb.
Eləcə də bax: Palata bank sektorunda vəziyyəti - AÇIQLADI - RƏQƏMLƏR
|
31.03.2018 |
31.12.2018 |
31.03.2019 |
Bank olmayan kredit təşkilatları, o cümlədən |
117 |
104 |
96 |
- kredit ittifaqları |
70 |
57 |
52 |
©Marja