"Bank Olmayan Kredit Təşkilatı FİNOKO" ASC-nin nizamnamə kapitalı 500 min manat artırılır.
«BOKT İnternetional» hesabatın böyük hissəsini gizlətdi – YARIMÇIQ HESABAT
FED.az xəbər verir ki, təşkilat hər birinin nominal dəyəri 10 manat olan 50 min ədəd səhm emissiya edib.
Əgər səhmlərin yerləşdirilməsi uğurlu olarsa "BOKT FİNOKO"nun nizamnamə kapitalı 4 milyon 855 min manatdan 5 milyon 355 min manata yüksələcəkdir.
Hazırda "BOKT FİNOKO" ASC-nin səhmdarları Əliyev Elçin Rəşid oğlu (50%) və Əliyev Elmar Rəşid oğludur (50%). Yeni səhmlər də iki qardaş tərəfindən bərabər şəkildə əldə ediləcəkdir. (Marja)