Azərbaycanda səkkiz ildir yaradılan və yeddi ildir kredit bazarında lisenziya ilə fəaliyyət göstərən “Kəpəz Bank Olmayan Kredit Təşkilatı” MMC-yə yenidən maya qoyuldu.
Eləcə də bax: "Kəpəz" BOKT-un nizamnamə kapitalı - ARTIRILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Kəpəz BOKT”un nizamnamə kapitalı 370 000 manat, yaxud 45.4% artırılmaqla 1 185 000 manata çatdırılıb.
BOKT-un nizamnamə kapitalı on iki gün öncə artırılıb. Həmin artım əməliyyatında kapital 255 000 manat, yaxud 45.5% artırılmaqla 815 000 manata çatdırılmışdır.
Beləliklə, son iki həftə ərzində nizamnamə kapitalı 625 min manat, yaxud 2.1 dəfə böyüdüldü.
BOKT-un nizamnamə kapitalı iki il öncə, 2019-cu ilin iyulunda 260 000 manat və yaxud 86.7% artıraraq 300 000 manatdan 560 000 manata çatdırıb.
“Kəpəz BOKT” 2020-ci ili 178 997 manat xalis mənfəətlə başa vurub. Hesabat ilində BOKT-un aktivləri 9.1% artaraq 3 104 198 manata yüksəlib. Aktivlərini 2 784 031 manatı müştərilərə verilmiş kreditlər təşkil edib.
“Kəpəz BOKT” iki il öncə çox yüksək faizli istiqrazla fond bazarından borclanmışdı. Həmin dövrdə BOKT bazardan 18% illik ödəniş faizi ilə iki il tədavül müddətinə 700 min manatlıq istiqraz etmişdi ki, bu da istər həmin dövr, istərsə də indiki dövr üçün yüksək rəqəm sayılır.