“İcraçı Kredit Agentliyi” MMC BOKT 236 min 102 manat xalis zərər ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 761 min 630 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə 3,2 dəfə azalıb.
Eləcə də bax: “İcraçı Kredit Agentliyi” kredit bazarında - GERİLƏYİB
FED.az xəbər verir ki, “İcraçı Kredit Agentliyi”nin faiz gəlirləri 2020-ci ildə 87 min 751 manat ikən, 2021-ci ildə 83 min 913 manat təşkil edib.
Xalis zərər kredit itkiləri üzrə ehtiyata ayırma ilə əlaqədardır. 2020-ci ildə ehtiyata 762 min 552 manat, 2021-ci ildə isə 237 min 881 manat ayrılıb.
Ötən il “İcraçı Kredit Agentliyi”nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 20% azalaraq 939 min 401 manata düşüb. (Marja)