İlk yarımil ərzində BOKT-ların xarici borcları 30 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Bu ötən ilin sonu ilə müqayisədə 30,4% (7 mln. manat) artım deməkdir.
Keçən ilin sonunda bu göstərici 23 milyon manat olub.