Avtomobil sahibi olmaq bizim həyat tərzimizi formalaşdıran mühüm elementdir.
FED.az xəbər veri ki, araşdırmalar göstərir ki, bütün dünyada satılan avtomobillərin 80%-i kreditlə alınır. Azərbaycan da bu məsələdə istisna deyil – satılan avtomobillərin yarıdan çoxu yeni sahibini kredit və lizinqlə tapır.
Bir neçə il əvvəl avtomobil kreditləri ilə bağlı banklar qarşısında qoyulan sərt tələblərdən sonra bu bazarda bank olmayan kredit təşkilatları – BOKT-lar aktivləşib.
FED.az bank olmayan kredit təşkilatlarının - BOKT-ların təklif etdiyi avtokredit imkanlarını araşdırıb. Qeyd edək ki, siyahıda yer alan BOKT-ların bir hissəsi avtomobili almaq üçün kredit deyil, lizinq şərtləri təqdim edir:
| BOKT | Məbləğ (manat) | Müddət ( ay) | Faiz dərəcəsi (%) | Komissiya (%) | İlkin ödəniş Tələbi | Kredit / Lizinq | 
| Az Mikro Kredit | 20 000 - 50 000 | 6-48 | 25–30% | 5% | 20% | Lizinq | 
| Kəpəz | 3 000 - 50 000 | 36 | 32% | 13% | Yoxdur | Kredit | 
| Prior kredit | 5 000 AZN - 50 000 | 6-48 | 21-24% | 1% | 40% | Kredit | 
| İdeal kredit | 1 000 – 180 000 | 3-60 | 17 - 36% | 2% | 20% | Lizinq | 
| Finoko kredit | 4 000 - 30 000 | 1-48 | 25- 30% | 10-11% | 30% | Kredit | 
| Falcon Finance | 2 000 – 50 000 | 3-60 | 18-36% | 2-8% | 
 | Lizinq | 
| Effektivinvest | 5 000- 100 000 | 36 | 30% | 6% | 10-60% | Kredit | 
| Az Finans | Müştəridən asılıdır | 12-36 | 25% | 5% | 30% | Lizinq | 
| City Finance | Müştəridən asılıdır | 12-36 | 23-25% | 0% | 15% | Lizinq | 
| Kred Aqro | 5 000 – 100 000 | 48 | 27.01 % | 3% | 25% | Lizinq | 
| TBC Kredit | 1 000 - 30 000 | 48 | 23% | 0.8% | 38% | Lizinq | 
| MJ Financial Services | 1 000- 20 000 | 6-24 | 17 – 34% | 2% | 20% | Lizinq | 
| Nas Project | Dəqiq deyil – 50% | 6-24 | 30% | 13% | 50% | Kredit | 
| MCB bokt | 20 000-dən başlayır | 12-36 | 20-24% | 1% | 15-30% | Lizinq | 
| Merkuri | Dəqiq deyil – 60% | 6-36 | 16-48% | 2-7% | 20% | Lizinq | 



 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








