“Gold Finance” Bank Olmayan Kredit Təşkilatı MMC-nin rəhbəri dəyişib.
Eləcə də bax: “Prior Credit BOKT”un Müşahidə Şurasına - Sədr Seçildi
FED.az Banker.az-a istinadən xəbər verir ki, BOKT-un direktoru olan Elçin Bağırov İsa oğlu vəzifəsindən azad olunub.
Onun yerinə, Vüsal Abdullayev Maşallah oğlu təyin edilib.
Xatırladaq ki, “Gold Finance” BOKT 2013-cü ildə Bərdədə təsis edilib. Hazırda 350 min manat nizamnamə kapitalına sahibdir.