Azərbaycanın aparıcı qeyri-bank təşkilatlarından olan «Kəpəz» BOKT 2018-ci ilin nəticələrini açıqlayıb. FED.az-ın məlumatına görə, ötən il BOKT-un fəaliyyətində böyük canlanma baş verib, təşkilatın kredit portfeli, gəlirləri və mənfəəti kəskin artıb.
FED.az 2018-ci il üzrə audit resabatına istinadən xəbər verir ki, 2018-ci ildə BOKT-un xalis faiz gəlirləri 2017-i illə müqayisədə 6,3 dəfə artaraq 48,7 min manatdan 307,6 min manata, əməliyyat gəlirləri isə 7,5 dəfə artaraq 34,7 min manatdan 260,7 min manata yüksəlib.
Nəticədə «Kəpəz» BOKT 2018-ci ili 115,9 min manat xalis mənfəətlə başa vurub. Halbuki təşkilat 2017-ci ili 37,5 min manat zərərlə bağlamışdı.
Bu dövrdə müştərilərə verilən kreditlər 6,7 dəfə artaraq 198,3 min manatdan 1 milyon 338 min manata yüksəlib. Təşkilatın ümumi aktivləri isə 5,3 dəfə artaraq 1 milyon 414 min manata yüksəlib.
BOKT-un öhdəlikləri isə 1 milyon 32 min manat təşkil edib. Hazırda «Kəpəz» BOKT-un nizamnamə kapitalı 300 min manat, cəmi kapitalı 381,6 min manat təşkil edir. Bu, 2017-ci ilin yekunu ilə müqayisədə 1,4 dəfə artıqdır.
Gəlirləri 7,5 dəfə, kredit portfeli 6,7 dəfə artıb – MƏNFƏƏTDƏDİR – HESABAT
10:42
6 Mart 2019