Azərbaycanın ən iri kredit təşkilatlarından olan “FİNOKO BOKT” satış coğrafiyasını genişləndirmək məqsədi ilə qərb regionunda daha bir filialının açılışını qeyd edib.
FED.az xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, B265 ünvanında yerləşən, sayca 5-ci olan yeni “Express Gəncə” filialı həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi müştərilərə xidmət göstərəcək. Yeni filialın açılmasında əsas məqsəd əhalinin kreditlərə əlçatanlığını təmin etmək, həmçinin Gəncə şəhəri və ətraf rayonların sakinlərinə lombard, istehlak, mikro, binzes, sahibkarlığın inkişafı, eləcə də dövlət qulluqçuları üçün sərfəli şərtlərlə kreditlər təklif etməkdir.
Açılış mərasimində “FİNOKO BOKT” ASC-nin direktoru Turan İsmayılov çıxış edərək bildirib ki, dövlət başçısının sosial sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də yeni iş yerlərinin açılmasıdır: “Son illər ərzində ölkə başçısının apardığı uğurlu siyasəti nəticəsində ölkədə işsizlik, yoxsulluq kimi problemlər, demək olar ki, həll edilib, əhalinin maaş, pensiya və müavinətləri dəfələrlə artıb. Bu siyatətə dəstək olaraq bildirmək istəyirəm ki, 2018-ci ildən başlayaq “FİNOKO BOKT” ASC ölkənin müxtəlif regionlarında 5-ə yaxın filialını açıb. Ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən filiallarımız vasitəsi ilə “Express Gəncə” filialımız da daxil olmaqla 90-a yaxın işçi işlə təmin olunub” - deyə T.İsmayılov vurğulayıb.
T.İsmayılovun sözlərinə görə, strateji plana uyğun olaraq filial coğrafiyamızın genişləndirilməsi siyasəti cari ildə və növbəti illərdə də uğurla davam etdriləcək. Belə ki, “FİNOKO BOKT” yaxın vaxtlarda regionda daha 3 filialın açılışını planlaşdırır.
Qeyd edək ki, “FONOKO BOKT” Azərbaycanın ən qabaqcıl maliyyə kredit təşkilatlarından biridir. Hazırda təşkilatın ölkə ürə “Exspress Tovuz”, “Exspress Qazax”, “Express Göyçay”, “Express Yasamal” filialları fəaliyyət göstərir.