Azərbaycanın aparıcı qeyri-bank kredit təşkilatlarından olan “Finoko” BOKT ASC-nin 15 yanvar 2021-ci il tarixində səhmdarların növbədənkənar ümumi yığıncağının iclası keçiriləcək.
FED.az xəbər verir ki, iclasda aşağıda qeyd edilən məsələr müzakirə olunacaq:
- Manatda və ABŞ dollarında istiqrazların emissiyası;
- Yeni səhmlərin emissiyası ilə kapitalın artırlması;
Məlumat üçün bildirmək istərdik ki, 01.12.2020-ci il tarixinə “Finoko” BOKT ASC nin nizamnamə kapitalı 4 855 000 (Dörd milyon səkkiz yüz əlli beş min) manat, məcmu kapital isə 8 282 836 (Səkkiz milyon iki yüz səksən iki min səkkiz yüz otuz altı) manat təşkil edir.
İclas “Finoko” BOKT ASC-nin baş ofisində (Bakı şəhəri, Yasamal Rayonu, C.Cabbarlı 609, Globus Center 9 -cu mərtəbə) keçiriləcək.