“Finex Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 271 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “Avrasiya-Kredit” BOKT-un vəziyyəti məlum oldu - HESABAT
FED.az BOKT-un maliyyə hesabatına görə xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 92,2% çoxdur.
Ötən il “Finex Kredit”in vergiyəqədərki mənfəəti 339 min manat (əvvəlki ilə nisbətən 91,5% çox), mənfəət vergisi ödəmələri isə 68 min manat (94,3% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Finex Kredit”in aktivləri 9,5 milyon manat olub ki, bu da illik müqayisədə 35,5% çoxdur. Bunun 7,8 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 28,5% böyüyüb.
Hesabat dövründə “Finex Kredit”in öhdəlikləri 35,1% artaraq 8,1 milyon manata, balans kapitalı isə 37,8% artaraq 1,3 milyon manata çatıb.
“Report”