“Avrasiya-Kredit” bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 67 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “Merkuri” BOKT-nun vəziyyəti məlum oldu - HESABAT
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 78,6% və yaxud 4,7 dəfə azdır.
Ötən il “Avrasiya-Kredit”in vergiyəqədərki mənfəəti 84 min manat (78,5% az), mənfəət vergisi ödəmələri isə 17 min manat (17,2% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Avrasiya-Kredit”in aktivləri 2,445 milyon manat olub ki, bu da illik müqayisədə 11,2% çoxdur. Bunun 1,922 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 15,7% böyüyüb.
Hesabat dövründə “Avrasiya-Kredit”in öhdəlikləri 57,6% azalaraq 28 min manata, balans kapitalı isə 13,3% artaraq 2,416 milyon manata çatıb.(Renkinq)