“Finex Kredit" Bank Olmayan Kredit təşkilatı problemli kreditləri olan müştərilərə müraciət edib.
Müraciətdə deyilir:
28 Fevral 2019-cu il tarixində Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə cənab prezident İlham Əliyev “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman” imzalamışdır. Bu Fərman ölkədə problemli kreditlərin həlli istiqamətinə və əhalinin sosial rifahının yüksəldilməsinə dair atılmış mühüm bir addımdır.
Bununla əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının Rəhbərliyi bütün kredit təşkilatlarına qısa müddətdə fiziki şəxslərin problemli kreditlərinin həllinə dair Fərmanın icrasını və ictimaiyyətlə düzgün kommunikasiyanın qurulmasını tapşırmışdır.
“Finex Kredit" Bank Olmayan Kredit təşkilatı da öz növbəsində bu fərmandan irəli gələn bütün məsələlərin icrasına artıq başlayıb və qısa müddət ərzində nəticələrlə bağlı müştərilərinə ətraflı məlumat verəcəkdir.
Sualları olan səxslər Şirkətin İdarə Heyətinin üzvü, kredit departamentinin direktoru, işçi qrupunun koordinatoru Müslüm Fəziyevlə əlaqə saxlaya bilərlər.