18 yanvar 2020-ci il tarixində “FİNEX KREDİT” BOKT ASC-nin 2019-cu ilin yekunlarına dair ümumi yığıncağı keçirilmişdir.
Eləcə də bax: «Finex Kredit»in daha iki filialı işə düşdü – ŞİRKƏTDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, hesabat dövründə Cəmiyyətin bütün göstəriciləri müsbət dinamika nümayiş etdirmişdir. Aktivlər 136%, nizamnamə kapitalı 159,4%, kredit portfeli 126%, müştəri sayı 134%, ümumi gəlirlər 153%, mənfəət 190% artmışdır. 2019-cu ilin balans mənfəəti 360075 manat olmuşdur.
1 yanvar 2020-ci ilə şirkətin məcmu kapitalı 1660130 manat təşkil etmişdir. Kapitalın artımı 2020-ci ildə də davam etdiriləcəkdir. Ümumi yığıncaqda digər məsələlərlə yanaşı “FİNEX KREDİT” BOKT ASC-nin 2020-2022-ci illər üçün 3 illik inkişaf strategiyası təsdiq edilib.
“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 14 iyun 2013-cü ildən Dövlət qeydiyyatından keçmişdir. Azərbaycan maliyyə bazarında korporativ qiymətli kağızlar, orta və kiçik sahibkarlığın və fiziki şəxslərin kreditləşməsi üzrə aktiv fəaliyyət göstərir. “Finex Kredit” BOKT öz fəaliyyətini müasir beynəlxalq maliyyə standartlarına uyğun olaraq şəffaf tərəfdaşlıq prinsipləri əsasında qurmuşdur. Şirkətin rəsmi auditoru RSM-Azərbaycan audit şirkətidir.