Azərbaycan Respublikası Sahibkarlığın İnkişaf Fondunun Müşahidə Şurasının müvafiq qərarına əsasən “Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı növbəti dəfə fondun agent kredit təşkilatı seçilib.
FED.az xəbər verir ki, “Finex Kredit”in yaydığı məlumatda bildirilir ki, təşkilat özünün regionlarda yerləşən geniş filial şəbəkəsi vasitəsi ilə kiçik və orta sahibkarlara dəstək proqramlarında iştirak edərək güzəştli kreditlərin verilməsini təmin edir.
“Finex Kredit” BOKT Sahibkarlığın İnkişaf Fondu ilə 2015-ci ildən, Aqrar Klredit və İnkişaf Agentliyi ilə isə 2014-cü ildən uğurla əməkdaşlıq edir.
“Finex Kredit” Bank Olmayan Kredit Təşkilatı 2013-cü ildən dövlət qeydiyyatından keçib. Hal-hazırda şirkət öz fəaliyyətini baş ofis və bölgələrdə fəaliyyət göstərən filialları vasitəsi ilə aparır.