“Finex Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 197 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: “Finoko” BOKT-un xalis mənfəəti - KƏSKİN AZALDI
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 27,3% azdır.
Ötən il “Finex Kredit”in vergiyəqədərki mənfəəti 246 min manat (əvvəlki ilə nisbətən 27,2% az), mənfəət vergisi ödəmələri isə 49 min manat (27,9% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Finex Kredit”in aktivləri 8,614 milyon manat olub ki, bu da illik müqayisədə 9% azdır. Bunun 6,315 milyon manatı müştərilərə verilmiş xalis kreditdir. 2020-ci ildə BOKT-un kredit portfeli 18,9% kiçilib.
Hesabat dövründə “Finex Kredit”in öhdəlikləri 14,4% azalaraq 6,951 milyon manata düşüb, balans kapitalı isə 23,9% artaraq 1,662 milyon manata çatıb.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. (Report)