Yanvarın 19-da, saat 11:00-da "Finex Kredit BOKT” ASC bank olmayan kredit təşkilatının səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Finex Kredit"in 2018-ci ildəki maliyyə nəticələrinin müzakirə edilməsi, beynəlxaq audit rəyinin təsdiq olunması, yeni istiqraz emisiyalarının müzakirə edilməsi, 2019–cu ildəki büdcəsinin, proqnoz göstəricilərinin müzakirə və təsdiq olunması, nizamnamə kapitalının strukturunun nəzərdən keçirilməsi və fəaliyyəti ilə bağlı digər məsələlər daxildir.