Ölkənin aparıcı qeyri-bank kredit təşkilatlarından olan «Finex Kredit» Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC daha da güclənir. Belə ki, şirkətin səhmdarları BOKT-a əlavə pul yatırımı ilə bağlı qərara gəliblər.
FED.az xəbər verir ki, səhimdarların 06 sentyabr 2024-cü il tarixində keçirilən Ümumi Yıgıncağında “Finex Kredit BOKT” ASC nin fəaliyyətinin daha gücləndirilməsi üçün nizamnamə kapitalının 800 min manat artırılaraq 2,294 mln. manata catdırılması barədə qərar verilmişdir.
İclasda digər müzakirə olunan məsələlərdən biri də BOKT-un gələcəkdə fəaliyyətinin daha da gücləndirilməsi, eyni zamanda səhmdarların Cəmiyyətin fəaliyyətinə daim dəstək olması nəzərdə tutulub.
Qeyd edək ki, səhmdarların sentyabr ayının 6-da keçirilmiş Ümumi Yığıncağı “Finex Kredit» Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC üçün ən mühüm və strateji iclas hesab olunur. Belə ki, bu iclasda səhmdarlar şirkətin gələcək fəaliyyəti üçün mühür qərarlar verib, o cümlədən Müşahidə Şurasının sədri, tərkibi yenilənib.
Xatırladaq ki, səhmdarların Ümumi Yığıncağının qəbul etdiyi qərara əsasən Qurbanova Sevinc Nəsrəddin qızı «Finex Kredit» BOKT ASC-nin Müşahidə Şurasının sədri təyin edilib. O bu vəzifədə Azad Cavadovu əvəz edib. Sevinc Qurbanova yeni təyinatınadək Azərbaycan Mərkəzi Bankın inzibatçısı olaraq «Finex Kredit» BOKT-da maliyyə departamentinin rəhbəri və İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. Sevinc Qurbanova maliyyə-bank sahəsində 35 illik peşəkar təcrübüəyə malikdir.