“Finca Azərbaycan” BOKT” 2023-cü ilin maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 2023-cü ildə “Finca Azərbaycan”ın faiz gəlirləri 17 milyon 713 min manat, xərcləri 4 milyon 100 min manata bərabər olub. İllik müqayisədə 5 milyon 859 min manat (49%), xərcləri 1 milyon 562 min manat (62%) artıb.
Xalis faiz gəlirləri 3 milyon 353 min manat və ya 26% artaraq 16 milyon 256 min manata yüksəlib.
Hesabat dövründə kredit təşkilatının inzibati və əməliyyat xərcləri 11 milyon 334 min manat, xalis qeyri-faiz zərəri 11 milyon 743 min manat təşkil edib.
İnzibati və əməliyyat xərcləri 2 milyon 441 min manat (27%), xalis qeyr-faiz zərəri 2 milyon 342 min manat (25%) artıb.
Nəticədə “Finca Azərbaycan” BOKTun vergidən əvvəlki mənfəəti 4 milyon 513 min manat olub. 605 min manat mənfəət vergisi ödədikdən sonra şirkətin xalis mənfəəti 3 milyon 908 min manat təşkil edib.
“Finca Azərbaycan” MMC BOKT ötən il 61 milyon 963 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 11 milyon 855 min manat və ya 24% artıb.
BOKT-un öhdəlikləri 10 milyon 230 min manat və ya 30% artaraq 44 milyon 97 min manata yüksəlib. O cümlədən “Finca Azərbaycan” MMC BOKT 2023-cü ildə 9 milyon manat əlavə borc alıb.
Balans kapitalında 1 milyon 621 min manat (10%) artım baş verib və 17 milyon 866 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi 14 milyon 110 min manata bərabər olub ki, bu da 2022-ci illə müqayisədə 1 milyon 621 min manat və ya 13% çoxdur.
Kredit təşkilatının nizamnamə kapitalı 2023-cü ildə 3 milyon 756 min manat olub. İllik müqayisədə nizamnamə kapitalında dəyişiklik olmayıb.