“Finca Azərbaycan” bank olmayan kredit təşkilatı MMM-in (BOKT) Müşahidə Şurasının üzvi Jeffrey Smith (Cefrey Smit) vəzifəsini tərk edib.
Eləcə də bax: Məşhur sığortaçıya yeni – VƏZİFƏ VERİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, məlumata görə, J.Smith cari ilin yanvarından bu vəzifəyə seçilmişdi. Bundan öncə isə “Finca Azərbaycan”da 6 ay müddətində Audit Komitəsinin sədri vəzifəsində idi. Lakin, o ana şirkət sayılan “FINCA Impact Finance”də (ABŞ) Vitse-prezident, Baş Administrativ Direktor vəzifəsində qalır.