Azərbaycan Mərkəzi Bankı MM “Finca Azerbaijan” QBKT-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.
Bu barədə FED.az Mərkəzi Banka istinadən xəbər verir.
Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq MM “Finca Azerbaijan” QBKT-nin vəzifəli şəxsi 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir.