Bank Olmayan Kredit Təşkilatı ”Finans İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1411217741) adını və təşkilati-hüquqi formasını dəyişir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MC "NEO Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir.
Xatırladaq ki, “Finans İnvest" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 371 min 100 manatdır. Qanuni təmsilçisi Əhmədov Ceyhun Yusif oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla, ev.78, m.16 ünvanıdır.










