“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 52 min manat zərərlə başa vurub.
Eləcə də bax: «City Finance» BOKT göstəricilərini - 20-30 DƏFƏ ARTIRIB - HESABAT
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə təxminən 33% çoxdur.
Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 263 min manat olub ki, bu da illik müqayisədə 15,4% azdır. Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 90,9% azalaraq 1 min manata, balans kapitalı isə 13% azalaraq 262 min manata düşüb.
Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Səxavət İmanov və Vüsal Tağıyevdir. (Report)