Banner

Qeyri-Bank

“Embafinans”ın vəziyyəti məlum oldu - HESABAT

“Embafinans”ın vəziyyəti məlum oldu - HESABAT | FED.az
15:04 4 Okt 2018
Bank olmayan kredit təşkilatı “Embafinans” MMC 2017-ci ilin yekununu mənfəətlə başa vurub.

FED.az xəbər verir ki, bu barədə BOKT-un istiqraz emissiya ilə bağlı açıqladığı hesabatda bildiridir. Xatırladaq ki, “Embafinans” gələn həftədən özünün 2 milyon manatlıq istiqrazlarının yerləşdirilməsinə başlayır. Qanunvericiliyə görə, qiymətli kağız buraxan təşkilat öz fəaliyyəti ilə bağlı bütün göstəriciləri açıqlamalıdır. 

Şirkətin hesabatında bildirilir ki, “Embafinans”ın 2017-ci il üzrə xalis əməliyyat gəlirləri 2016-cı ilə nisbətən 10,67% azalaraq 3 mln 779 min manat, inzibati və sair əməliyyat xərcləri isə 5,98% artaraq 3 mln 72 min manat min manat olub. Yekunda , 2017-ci il üzrə xalis mənfəət 2016-cı illə müqayisə də 1,9 dəfə azalaraq 706,9 manata enib.

Xatırladaq ki, 2018-ci ilin 1-ci rübü üzrə BOKT-un xalis mənfəəti ötən ilin eyni dövrünə nisbətən 4,7 dəfə artıb.
BOKT-un 2017-ci ilin yekunu üzrə  cəmi aktivləri ötən ilə nəzərən 0,35% artaraq 22 mln 38,1 min manat, cəmi kapital isə 0,24% azalaraq 12 mln 846,5 min manat təşkil edib.

2017-ci ildə “Embafinans” MMC-nin kredit portfeli 16,4 milyon manat təşkil edib ki, bu da 2016-cı ilin yekunu ilə müqayisədə təqribən yarım milyon manat artıqdır. Şirkət öz hesabatında investorlara problemli kreditlərinin az olduğunu vurduğalyır. Hesabata görə, hazırda “Embafinans”ın problemli (30 gündən artıq ləngiyən) kreditlərini həcmi 801 min manatdırki, bu da ümumi kredit portfelinin 4,9%-i qədərdir. Əvvəlki illərdə isƏ bu göstərici 6,2% və 6,8% olub. 

Xatırladaq ki, BOKT-un 2017-ci ildə nizamnamə kapitalı 10 mln  manat təşkil edib.
Qeyd edək ki, Embafinans əsasən mebel, məişət avadanlıqları satışı ilə məşğul olan partnyorların satışlarının kreditləşdirilməsini həyata keçirir. 

 

Digər xəbərlər

Banner