İyulun 17-də Bakı Fond Birjasında (BFB) BOKT “Embafinans” QSC-nin 1,5 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Rəqabətli hərrac üsulu ilə keçirilən yerləşdirmə zamanı 7 investor tərəfindən 7 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,5 milyon manat olub, yəni istiqrazlar tamamilə yerləşdirilib.
Ümumi həcmi 1,5 milyon manat olan istiqrazlarının tədavül müddəti 1 (bir) təqvim ilidir (365 gün) və illik faiz dərəcəsi 11% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq 1 aydan bir ödəniləcək. İstiqrazların ödəmə tarixi 17 iyul 2021-ci ildir.
Yerləşdirmə üzrə anderrayter qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edib.