“Embafinans” BOKT-u 2019-cu il üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: “Azərbaycan Mikro-Kredit” BOKT-nun vəziyyəti məlum oldu - HESABAT
FED.az xəbər verir ki, BOKT-un 2019-cu ildə cəmi aktivləri 42 milyon 82,8 min manat (12 milyon 438,1 min manat və ya 42% artım), cəmi öhdəlikləri 26 milyon 149,6 min manat (1 milyon 751,8 min manat və ya 12,4% artım), cəmi kapitalı 15 milyon 933,2 min manat (10 milyon 686,2 min manat və ya 69,1% artım) olub.
Qeyd edək ki, 2018-ci ildə BOKT-un cəmi aktivləri 29 milyon 644,7 min manat, cəmi öhdəliyi 15 milyon 463,3 min manat, cəmi kapitalı 14 milyon 181,4 min manat olub.
Kredit təşkilatı 2019-cu ildə faiz gəlirlərindən 9 milyon 919,3 min manat (3 milyon 33,9 min manat və ya 44,1% artım) əldə edib. BOKT-un faiz xərcləri isə 2 milyon 118,4 min manat (855,4 min manat və ya 67,7% artım) olub.
“Embafinans” 79,3 min manat kredit zərərlərinə ehtiyat ayırmalar etdikdən sonra xalis faiz gəliri 7 milyon 800,8 min manat olub. Bu 2018-ci ilin göstəricisindən 2 milyon 178,5 min manat və ya 38,7% çoxdur.
2019-cu ildə BOKT-un qeyri-faiz gəlirləri 112,7 min manat (1,1 min manat və ya 0,9% artım), qeyri-faiz xərcləri 534,8 min manat (308,5 min manat və ya 2,4 dəfə artım) olub.
Nəhayət, “Embafinans” BOKT-u 897,2 min manat mənfəət vergisi ödədikdən sonra 2019-cu ili 3 milyon 251,8 min manat mənfəətlə başa vurub. Mənfəət 2018-ci il ilə müqayisədə 78% və ya 1 milyon 424,5 min manat artıb.
Qeyd edək ki, BOKT-un 2018-ci il üzrə mənfəəti 1 milyon 827,3 min manat olmuşdu.