«Embafinans» Bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Eləcə də bax: “EmbaFinans”in sahibləri bazardakı vəziyyəti görüb - DƏYİŞİKLİYƏ GEDİRLƏR
FED.az xəbər verir ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-nin istiqrazları 15 iyul 2020-ci il tarixində standart bazar seqmentində listinqə daxil edilib.
Listinqə alınan istiqrazların yerləşdirilməsi 17 iyul tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Təqdim oluna biləcək minimum sifariş istiqrazın nominal dəyəri qədər – 1000 manatdır.
Ümumi həcmi 1,5 milyon manat olan istiqrazlarının tədavül müddəti 1 il, illik faiz dərəcəsi 11%-dir. Faizlər hər ay ödəniləcək.
İstiqrazların emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC -dir.
Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Hərrac tarixi İstiqrazların nominal qiyməti
AZ2006020609 Faizli təmin edilməmiş 1 500 (ədəd) 15.07.2020 1000 AZN
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirmişdir.